Bakı sakini evdən qaçmış sevgilisini axtarır

SOSİAL
13:45 26.07.2016
2123
Bakı sakini qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi ilə bağlı polisə müraciət edib. 
34-cü Polis Bölməsinə gələrək ərizə yazan Qasımov Talıb Asif oğlu bildirib ki, onunla birgə kirayə tutduğu evdə yaşayan 1991-ci il təvəllüdlü Hətəmova Nəsibə Məmmədhəsən qızı 3 gün əvvəl mənzildən çıxıb. Həmin vaxtdan sonra 25 yaşlı qızla əlaqə saxlamaq, ondan xəbər tutmaq mümkün olmayıb.
T.Qasımov itkin düşən şəxsin xarakterik əlamətlərini polisə təqdim edib.
///Lent.az
OXŞAR XƏBƏRLƏR