Bakı şəhəri, Binəqədi rayonunda 43 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.
AZXEBER.COM-un "Report"a istinadən xəbərinə görə, hadisə ötən gecə Biləcəri qəsəbəsi Binəqədi şossesi döngə 7 ünvanında qeydə alınıb.
Orada yaşayan Rasim Şükürov qonşusu Rövşən Günəşova bıçaq xəsarəti yetirib.
R.Günəşov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır