Bakı sakinini kafedə xüsusi amansızlıqla döyüb öldürdülər

Bakı sakinini kafedə xüsusi amansızlıqla döyüb öldürdülər
SOSİAL
18:22 26.10.2018
5815
Bakıda kafedə kişi döyülərək öldürülüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsindəki "Ordubad" kafesində baş verib. Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu həmin kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb.

E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Xətai rasyon Prokurorluğöunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR