Bakıda bank kartından oğurluq edilib.
Hadisə Yasamal rayonunda baş verib.
Şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4 500 manat pul naməlum şəraitdə bankomatdan çıxarılaraq oğurlanıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
///Trend