Bakı sakinlərinə şad xəbər: bayramda avtobuslar bu saata qədər işləyəcək

Bakı sakinlərinə şad xəbər: bayramda avtobuslar bu saata qədər işləyəcək
SOSİAL
15:56 29.12.2017
993
Bakı Nəqliyyat Agentliyi bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.

Bu barədə AZXEBER.COM-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, BNA-nın göstərişinə əsasən,  bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31 dekabr, 1 və 2 yanvar tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək. 
OXŞAR XƏBƏRLƏR