Bakı sakinlərinin yuxularına qənim kəsilənlər ələ keçdi

KRİMİNAL
11:21 01.05.2014
2387

Bakıda radiator və mühərrik oğurlayan dəstənin daha 2 üzvü tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 2-də Pirşağı qəsəbəsində yaşayan Rəfail Gülməmmədlinin evindən, pəncərədən keçmək yolu ilə 9 ədəd qızdırıcı radiator və su mühərriki oğurlanıb.

Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Şərəf Orucov və Vüsal Bağıyev fevralın 3-də saxlanılıblar. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçıları olan Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Novruz Qasımov və Bakı şəhər sakini Seymur Ələkbərov aprelin 30-da tutulublar. (anspress)

OXŞAR XƏBƏRLƏR