Bakı-Şamaxı yolunda vəziyyət pisləşib - RƏSMİ

Bakı-Şamaxı yolunda vəziyyət pisləşib - RƏSMİ
SOSİAL
22:46 02.06.2017
1521
Bakı - Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliklərindəki sürüşmə sahəsi aktivləşib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.
 
O bildirib ki, atmosfer yağıntıları nəticəsində Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib.
 
S. Əmiraslanov qeyd edib ki, Şamaxının Ağsu çayının sağ sahilində yerləşən Keçmədin kəndində eni 20 - 22 metr, hündürlüyü 8 - 12 metr arasında olan bir sahəni isə sel yuyub aparıb. 
OXŞAR XƏBƏRLƏR