Bakı Şəhər İcra Hakimiyyəti REAL-a “yox” dedi

Bakı Şəhər İcra Hakimiyyəti REAL-a “yox” dedi
SİYASƏT
16:06 17.06.2020
2039
Bakı Şəhər İcra Hakimiyyəti REAL-a "yox” cavabı verib.

AZXEBER.COM xəbər verir ki, bunu REAL-ın sədri İlqar Məmmədov deyib. Onun sözlərinə görə, partiya qurultay keçirmək üçün İcra Hakimiyyətinə rəsmi məktubla müraciət edib:

"Qurultayımıza icazə verməyən artıq ikinci rəsmi cavabı bu gün aldıq. Dekabrda Bakı İcra Hakimiyyəti deyirdi ki, yer ayıra bilmərik, yoxumuzdur. İndi isə deyir, xüsusi karantin rejimi var, olmaz. 6 aydan çoxdur Respublikaçı Alternativə qurultay keçirməyə imkan verilmir. Konstitusiyada və Avropa Konvensiyasında nəzərdə tutulmuş haqqımız pozulur. Karantin ya da digər səbəblər haqqımızı bu qədər məhdudlaşdırmağa heç bir əsas verməsə də”.

İlqar Məmmədov qeyd edib ki, hansısa əlaqədar dövlət qurumu ilə bu haqda danışmağa cəhd edəcək:

"Hətta karantininə uyğun minimum sayda təsisçi ilə qurultay keçirməyə hazır olduğumuz müraciətimizdən aydın idi - təki başqa partiyalar kimi biz də dövlət qeydiyyatından keçə bilək. İndi Ədliyyə Nazirliyi, ya da başqa dövlət qurumu ilə bu haqda qısa bir müzakirəyə başlamağa çalışacağıq”.
 

 


OXŞAR XƏBƏRLƏR