Bakı Şəhər İcra Hakimiyyəti və RİİB əməkdaşlığa dair memorandum imzaladı

Bakı Şəhər İcra Hakimiyyəti və RİİB əməkdaşlığa dair memorandum imzaladı
SOSİAL
12:19 11.09.2020
405
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf” İctimai Birliyi (RİİB) əməkdaşlığa dair memorandum imzalayıb. 

AZXEBER.COM xəbər verir ki, əməkdaşlığa əsasən, RİİB nümayəndələri və könüllülərinin apardıqları monitorinqlər, ictimai nəzarət tədbirləri, sorğular və müşahidələr nəticəsində əldə olunan informasiya və təkliflər barədə icra hakimiyyəti ilə məlumat mübadiəsi aparılacaq, birgə layihələr, tədbirlər və sosial aksiyalar həyata keçiriləcək.

Memorandum çərçivəsində birgə fəaliyyətin məqsədi vətəndaş müraciətləri və təkliflərinin həlli, sosial, intellektual inkişaf və digər istiqamətlərdə ölkədə aparılan işlərə, Bakı şəhərinin sosial-iqtisadi, ictimai və mədəni inkişafına töhfə verməkdir. Həmçinin gənclərin fərdi inkişafı və səmərəli məşğulluğunun təmin edilməsi, onlarda sosial məsuliyyət, vətənpərvərlik, humanizm kimi dəyərlərin möhkəmləndirilməsi ilə bağlı tədbirlər keçiriləcək.
OXŞAR XƏBƏRLƏR