Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirildi

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirildi
SOSİAL
21:27 28.04.2022
383
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokurorun müavinlərinin, mərkəzi aparatın idarə, şöbə rəislərinin, həmçinin Bakı şəhər prokurorluğunun rəhbər işçilərinin və tabe rayon prokurorlarının iştirakı ilə şəhər prokuroru vəzifəsinə təyin olunmuş Elşən Abbasovun kollektivə təqdim edilməsi münasibətilə geniş əməliyyat müşavirəsi keçirilib.

 AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, əməliyyat müşavirəsində çıxış edən Kamran Əliyev ölkə Prezidentinin hərtərəfli düşünülmüş dövlət idarəçiliyi, səriştəli daxili və xarici siyasəti, müvəffəqiyyətlə həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə tərəqqi və inkişafa nail olunduğunu bildirərək, prokurorluq orqanlarının üzərinə qoyulan vəzifələrin də uğurla icra edildiyini qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin göstəriş və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələr verməklə, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, korrupsiya hüquqpozmalarının qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əsaslı dönüş yaradılmış, prokurorluqların fəaliyyətində şəffaflığın, bürokratizmin aradan qaldırılması təmin edilib.

Baş prokuror Kamran Əliyev əldə olunmuş uğurların davamlı xarakter alaraq daha da inkişaf etdirilməsində Bakı şəhərinin prokurorluq orqanlarının xüsusi rol və əhəmiyyətini vurğulayaraq, şəhər prokurorluğunun rəhbərliyində aparılan kadr dəyişikliyinin qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsini, nöqsan və çatışmazlıqların aradan qaldırılmasını təmin edəcəyinə əmin olduğunu bildirib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov prokurorluq orqanlarının inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirərək, rəhbərlik etdiyi kollektivin yüksək etimadı doğruldacağını, qarşıya qoyulan vəzifələrin dönmədən icrasına nail olunması üçün səylə çalışacaqlarını qeyd edib.

Müşavirəyə yekun vuran Baş prokuror Kamran Əliyev Bakı şəhərinin prokurorluq orqanlarının fəaliyyətinin cinayət və cinayət-prosessual qanunvericiliyinin, "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun və sair normativ xarakterli hüquqi aktların tələblərinə uyğun surətdə digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə qurulmasına dair konkret tapşırıqlar verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tesla yüksəlişdədir, BYD isə mövqeyini itirir
15:41 16.03.2026
Tesla yüksəlişdədir, BYD isə mövqeyini itirir
Apreldə imtahan verəcək şagirdlərin nəzərinə  - DİM açıqlama yaydı
15:39 16.03.2026
Apreldə imtahan verəcək şagirdlərin nəzərinə - DİM açıqlama yaydı
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək - Prezident təsdiqlədi
15:39 16.03.2026
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək - Prezident təsdiqlədi
Bakıda 25 yaşlı fəhləni elektrik cərəyanı vurdu
15:27 16.03.2026
Bakıda 25 yaşlı fəhləni elektrik cərəyanı vurdu
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
15:09 16.03.2026
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
15:05 16.03.2026
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
15:01 16.03.2026
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
15:01 16.03.2026
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
14:58 16.03.2026
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
14:47 16.03.2026
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
14:45 16.03.2026
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
14:40 16.03.2026
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
14:35 16.03.2026
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
Xəzər dənizində daha bir zəlzələ oldu
14:33 16.03.2026
Xəzər dənizində daha bir zəlzələ oldu
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
14:29 16.03.2026
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
14:09 16.03.2026
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir