Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər- 18-ci otaqda kim pul yığır?

Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər- 18-ci otaqda kim pul yığır?
SOSİAL
15:30 15.08.2018
19180
Bakı Şəhər Yol Polisi İdarəsinin yarıtmaz fəaliyyətinin doğurduğu narazılıqlarla bağlı ölkə mətbuatında mütəmadi olaraq silsilə yazılar dərc olunmaqdadır. Fəaliyyəti ən çox tənqid olunan strukturların başında gəlməsinə baxmayaraq adı çəkilən qurumun məsul şəxsləri bundan nəticə çıxartmaq əvəzinə özbaşınalıq və qanunsuzluqlarını daha da genişləndirirlər.  

AZXEBER.COM Sfera.az-a istinadən xəbər verir ki,  sözügedən saytın əməkdaşının bu günlərdə şahidi olduğu mənzərə həqiqətən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində təxirəsalınmaz islahatların aparılmasının vacibliyini bir daha təsdiq etməkdədir. Şahidi olduğumuz mənzərə burada qanunların işləmədiyini, kimlərinsə özünü qanundan üstün saydığını göstərir.

Cavad adlı mayorun "18-” sərgüzəştləri...

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində 18-ci otaq rüşvətin toplandığı əsas məntəqələrdəndir. Həmin otağın "küllü ixtiyarı” olan Cavad adlı mayorun isə öz qaydaları var. Burada avtomobillərə cərimə yazılmadan sənədlər alınır və sürücülər 18-ci otağa dəvət edilərək onlarla "profilaktik söhbətlər” aparılır. Amma sürücülərin həmin otaqda problemlərini həll etməsi də mayorun kefindən asılıdır. Belə ki, həmin şəxs kefi istəyəndə vətəndaşları çağırır, ürəyinə düşəndə bayıra çıxaraq, dost-tanışları isə laqqırtı vurur.

Əməkdaşımız bildirir ki, problemini həll etmək üçün 18-ci otağın qarşısında saatlarla gözləməyə məcbur olan vətəndaşlar iş vaxtı bayırda dost-tanışıyla deyib gülən mayora yaxınlaşıb tələsdiklərini deyərkən əsl həngamə qopur.

Ona müraciət edənlərə qarşı kobud rəftar etməkdən belə çəkinməyən "18-ci otağın ağası” açıq şəkildə bəyan edir ki, haçan işləyib, haçan çöldə siqaret çəkəcəyini, ya da dost-tanışlarıyla söhbət edəcəyini özü müəyyənləşdirir.

Mayorun xidməti otağına, iş fəaliyyətinə qayıtması da sürücülərə ayrı dərd yaşadır. 18-ci otaqda hər şey rüşvətlə həll olunur, mayor isə "mən beləyəm, kimə istəyirsinizsə şikayət edin” tipli meydanoxumalarla nə qədər qüdrətli olduğunu sərgiləməkdən xüsusi zövq alır. Avtomobillər heç bir protokol yazılmadan duracaqlara aparılır, vətəndaş haqqını tələb etmək istəyəndə və ya "cəriməni yazın” tələbi irəli sürəndə mayor sadəcə "burada işlər belə həll olunur” deməklə kifayətlənir. 

Sfera.az əməkdaşı müşahidə etdiklərinin heç bir qanuna, qaydaya sığmadığını, hər hansı etirazın isə faydasızlığını nəzərə alaraq qarşılaşdığı problemin qanuni həlli məqsədilə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla telefon əlaqəsi yaradıb.

Amma 18-ci otağın sahibi olan mayor bundan sonra da qanunun tələblərinə boyun əymək istəməyib. Belə ki, o açıq şəkildə əməkdaşımıza bildirib ki, heç kimi tanımır, tanımaq istəmir və yalnız özünün müəyyənləşdirdiyi qaydalarla işləməkdə israrlıdır.

Mövcud reallıqları nəzərə alanda belə nəticəyə gəlmək olar ki, hər kəsə meydan oxuyan Cavad adlı həmin mayor hansısa böyük məmurla qohum olduğuna görə özünü bu qədər qüdrətli hesab edir. Hər halda onun Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovla lazım olduğundan az hesablaşması bu ehtimalımızı gücləndirir. 18-ci otağın müəmmalı sahibi olan həmin mayorun kimə güvənərək qanunlara meydan oxuması və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində baş verən digər ilginc maxinasiyalar haqda isə növbəti yazımızda daha geniş bəhs edəcəyik....
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
İlham Əliyev, Tramp və Paşinyanın imzaladıqları Birgə Bəyannamənin - Tam mətni
01:03 09.08.2025
İlham Əliyev, Tramp və Paşinyanın imzaladıqları Birgə Bəyannamənin - Tam mətni
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
00:55 09.08.2025
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik