Bakı şəhərində talama cinayətləri törədənlər saxlanıldı

Bakı şəhərində talama cinayətləri törədənlər saxlanıldı
KRİMİNAL
11:37 02.09.2025
269
Paytaxtın Binəqədi və Nəsimi rayonlarında iki vətəndaşa məxsus içərisində 2280 manat nağd pul, 2 mobil telefon, bank kartı və sənədlər olan çantalar oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər.
 
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 26 yaşlı O.Məmmədov, tanışı 22 yaşlı R.Sadiqov və əvvəllər məhkum olunmuş 47 yaşlı X.Əliyev saxlanılıblar.
 
Faktlarla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR