"Bakı Sığorta"nın İdarə Heyətinin sədri işdən çıxdı

İQTİSADİYYAT
12:58 28.04.2016
1735
"Bakı Sığorta" ASC-nin İdarə Heyətinin sədri Ramil Ağayev işdən çıxıb.
Bu barədə sığorta sektorunun iştirakçılarından məlumat daxil olub.
Ramil Ağayev məlumatı təsdiqləyib: "Məlumat həqiqəti əks etdirir. Hələlik yeni iş yerimlə bağlı bir neçə variant üzərində düşünürəm".
R. Ağayev əlavə edib ki, hələlik şirkətin İdarə Heyəti sədri vəzifəsinə təyinat yoxdur.
APA.az

OXŞAR XƏBƏRLƏR