Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tariflərində dəyişiklik edilir.
Bu, "Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilib.
Belə ki, xidmət xərclərinin balanslaşdırılması məqsədilə martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilir:
İstiqamət |
Tarif (manatla) | |
| ekonom | biznes | |
| Bakı-Sumqayıt (Sumqayıt-Bakı) | 1,00 | 1,60 |
| Bakı-Biləcəri (Biləcəri-Bakı) | 0,40 | 1,20 |
| Bakı-Xırdalan (Xırdalan-Bakı) | 0,60 | 1,40 |
| Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) | 0,40 | 0,80 |
| Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) | 0,80 | 1,40 |
| Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) | 0,60 |
1,20
|








































