Bakı-Sumqayıt qatarında yaranan sıxlıq sərnişinlərin narazılığına səbəb olub.
AZXEBER.COM xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə qatarda sıxlıq yaşandığı, sərnişinlərin isə boş VIP yerlərdən istifadə etmələrinə icazə verilməməsinə etiraz etdikləri görünür.
Sərnişinlərdən biri xidmətin keyfiyyətindən narazılığını ifadə edərək bildirib:
"Camaatı dolamısınız? Dayanmısınız qabağında, camaatı buraxmırsınız. Görün, camaat necə əziyyət çəkir. Pul veririk, havayı minməmişik ki. Buna görə maaş alırsınız, normal xidmət göstərin”.
Digər qadın sərnişin isə qatardakı sıxlıqdan şikayətlənərək deyib:
"Ürəyim sıxılır, sıxlıqdır. İcazə verin, keçim. Mən ölməliyəm? Həm 90 qəpik verirəm, həm də ayaq üstə gedirəm”.
Görüntülərdə qadının sıxlıq səbəbindən pilləkənlərdə oturduğu da görünür.
Yayılan görüntülər Bakı-Sumqayıt qatarında sərnişin sıxlığı və boş VIP yerlərdən istifadə qaydaları ilə bağlı müzakirələrə səbəb olub.
Fəridə Əsədzadə











































