Bakı-Sumqayıt şosesində zəncirvari yol qəzası - YARALANAN VAR

Bakı-Sumqayıt şosesində zəncirvari yol qəzası - YARALANAN VAR
SOSİAL
10:24 25.02.2023
287
Abşeron rayonu ərazisində 4 avtomobil qəzaya uğrayıb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə DYP-nin Ekologiya postunun qarşısında qeydə alınıb.

Belə ki, "KIA” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirərək avtomobilini eyni istiqamətdə hərəkətdə olan "Nissan” markalı maşına çırpıb. Zərbənin gücündən "Nissan” yolun əks istiqamətinə çevrilib.

Həmin yoldan gələn "Mercedes” markalı minik maşınının sürücüsü sükana nəzarəti itirərək maşınını "Nissan”a çırpıb. Daha sonra digər "Mercedes Vito” markalı mikroavtobus eynimarkalı minik maşınına çırpılıb. Qəza nəticəsində mikroavtobusun sərnişini xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR