Bakı-Sumqayıt yolu yenidən bağlandı

Bakı-Sumqayıt yolu yenidən bağlandı
SOSİAL
10:36 06.08.2018
4465
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib. Bu səbəbdən də ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZXEBER.COM-a daxil olan məlumata görə, bu məqsədlə saat 11:00- dan başlayaraq yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Yolun iş gedən zolaqları həm Sumqayıt, həm də Bakı şəhəri istiqamətində tam məhdudlaşdırılacaq. Digər zolaqlarda hərəkət davam edəcək. İşlər təxminən 3-4 saat müddətinə yekunlaşacaq.

OXŞAR XƏBƏRLƏR