Bakı-Sumqayıt yolunda iki avtobus toqquşdu - Yaralılar var

SOSİAL
10:17 08.08.2019
2659
Bakı-Sumqayıt yolunda qəza tıxaca səbəb olub.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusunun toqquşması nəticəsində zəncirvari qəza baş verib

Hadisə zamanı Bakı-Sumqayıt yolu bağlanıb, Xırdalan dairəsi ərazisində avtomobillərin tıxacı yaranıb.

Qəza nəticəsində ölən olmayıb, yüngül xəsarət alanlar var. Hazırda qəza törətmiş avtomobillər ərazidən evakuasiya olunur.

09:14

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qəzada 199 nömrəli marşrut avtobusu digər sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var.

Yol-nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb. 

OXŞAR XƏBƏRLƏR