Bakı-Sumqayıt yolunda qəza - 3 qadın yaralandı

SOSİAL
15:09 19.12.2019
3214
Bakı-Sumqayıt yolunda qəza baş verib. 

Səhiyyə Nazirliyindən AZXEBER.COM-a daxil olan məlumata görə, hadisə barədə Təcili Tibbi Yardıma məlumat saat 13:47-də daxil olub. Qəza nəticəsində xəsarət alan 3 qadın Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda müalicələri davam edir. 

Vəziyyətləri orta ağır kimi qiymətləndirilir. Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər. Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir. 

Nazirlikdən bildirilib ki, tibb müəssisələrindən məlumat daxil olduqca xəbər veriləcək.

OXŞAR XƏBƏRLƏR