Bakı-Sumqayıt yolunda zəncirvari qəza: maşın DYP postunun divarına çırpıldı

Bakı-Sumqayıt yolunda zəncirvari qəza: maşın DYP postunun divarına çırpıldı
SOSİAL
10:04 29.11.2018
3246
Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, qəzaya səbəb piyadanın qəfil yola çıxması olub. 

Piyadanın yola çıxması nəticəsində 4 avtomobil biri-birinə, daha bir avtomobil isə divara çırpılıb.

Belə ki, sürət həddi 80 km/saat olan yolun hərəkət zolağına piyadanın çıxması nəticəsində sol zolaqla hərəkət edən "VAZ 2107", "Niva", "Mercedes Benz" və KİA markalı avtomobillər bir-birinə çırpılıb. Sağ zolaqla hərəkət edən "Nissan Qashqai" markalı avtomobil isə Xırdalandakı DYP postunun divarına çırpılıb. Qəza nəticəsində avtomobilin ön tərəfi tamamilə deformasiyaya uğrayıb.
OXŞAR XƏBƏRLƏR