Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr davam edir. Gürcüstan mediasında qatarın mayın sonunda yola çıxa biləcəyi barədə iddialar yayılıb.
İddiaya görə, ilk qatarın 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may-Azərbaycanın Müstəqillik Günü münasibətilə yola salınması barədə razılıq əldə edilib.
Bildirilib ki, hələ dəqiq tarix müəyyən edilməyib.
Qeyd edək ki, məsələ ilə bağlı nə Azərbaycan, nə də Gürcüstan tərəfindən rəsmi açıqlama verilib.
AZXEBER.COM Modern.az-a istinasən xəbər verir ki, Milli Məclisin deputatı Aydın Hüseynov açıqlamasında vurğulayıb ki, Azərbaycan üçün prioritet dövlət və milli təhlükəsizlik məsələsidir:
"Bakı-Tbilisi-Bakı qatarı açılacaq. Lakin bunun vaxtı ilə bağlı dəqiq nəsə demək mümkün deyil. Milli təhlükəsizliyimiz hər şeydən önəmlidir. İqtisadiyyatımızla bağlı heç bir problem yoxdur. Yük avtomobilləri və qatarları fəaliyyət göstərir, sadəcə olaraq vətəndaşların quru yolu ilə gediş-gəlişi yoxdur. Burada yenə deyirəm bizim dövlət və milli təhlükəsizliyimiz hər şeydən önəmlidir".