"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı çox böyük tarixi hadisədir"

"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı çox böyük tarixi hadisədir"
SİYASƏT
15:30 31.10.2017
1003

"Bu il Azərbaycan üçün kifayət qədər mühüm tarixi məqamlarla yadda qalacaq. Beynəlxalq birliyin diqqət mərkəzində olan "Yeni əsrin müqaviləsi”nin imzalanması, üstəlik bu günlərdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçərək Türkiyənin Qars şəhərinə gedən, beləliklə, Azərbaycan ilə Türkiyəni, Şərqlə Qərbi birləşdirən bu dəmir yolu xətti ölkəmizə böyük siyasi və iqtisadi dividentlər gətirəcək".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəbildirib.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının çox böyük tarixi hadisə olduğunu söyləyən V.Rəhimzadə deyib: "Yadınızdadırsa, 2005-ci ildə BTC-nin Azərbaycan hissəsinin açılışında BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə, 2007-ci ildə isə dəmir yolu xəttinin tikintisinə başlanılması ilə əlaqədar Saziş imzalandı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasında məhz Azərbaycanın böyük rolu olub. Bu amil isə bir daha onu göstərir ki, Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin əsas iştirakçısı və təşəbbüskarıdır”.

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, bu layihənin reallaşması Azərbaycan, Türkiyə və Gürcüstanın birliyinin yüksək səviyyədə olduğunu göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm məqamlara aydıqlıq gətirdi. Dövlətimizin başçısı bildirdi ki, çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bu layihənin reallaşması mümkün deyil. Bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə həyata keçirilsin. Lakin üç ölkə sübut etdi ki, bu, mümkündür. Azərbaycanın güclü iradəsi, qarşılıqlı dəstək, inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun sübutudur. Prezident İlham Əliyev regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyənin bundan sonra da daim bir yerdə olacaqlarına, bir-birlərini dəstəkləyəcəklərinə əminliyini ifadə etdi. Hesab edirəm ki, bu əməkdaşlıq region və dünya üçün təhlükəsizlik, sülh və inkişaf vəd edir.

"İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, uzunluğu 840 kilometr olan BTQ dəmir yolu xətti ölkəmizin beynəlxalq tranzit və logistika mərkəzlərindən birinə çevrildiyinin göstəricisidir. Bu dəmir yolu xətti Şərqdən Qərbə qədər olan böyük məsafədə yük və sərnişin daşımalarında vaxt və maliyyə sərfiyyatını azaldacaq. Bununla yanaşı, Bakı-Tbilisi-Qars, həmçinin ölkə iqtisadiyyatının inkişafına da böyük dərəcədə müsbət təsir göstərəcək. Nəticədə ölkəmizin ilk illərdə tranzitdən minimal gəliri təxminən 50 milyon dollara bərabər olacaq. Sözsüz ki, bütün bunlar ilkin proqnozlardır. Zaman keçdikcə Bakı-Tbilisi-Qars layihəsinin region və dünya üçün əhəmiyyəti daha aydın görünəcək.

Vüqar Rəhimzadə vurğulayıb ki, BTQ-yə beynəlxalq diqqət və dəstək də çox böyükdür. Dəmir yolu xətti Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir. "BTQ-nin istifadəyə verilməsi ilə bağlı yayılan bəyanatlarda da biz bunu açıq şəkildə görürük. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin bəyanatında qeyd edilir ki, qurum yeni dəmir yolu dəhlizini alqışlayır. Avropa İttifaqı əmin olduğunu bildirir ki, bu layihə sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq. Bu və digər amillər dəmir yolu xəttinin əhəmiyyətini artırmaqla yanaşı, ölkəmizin beynəlxalq miqyasdakı nüfuzunu daha da möhkəmləndirəcək”,- deyə Vüqarə Rəhimzadə bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi