“Bakı-Tbilisi-Qars: yeni Avrasiya üfüqləri”

“Bakı-Tbilisi-Qars: yeni Avrasiya üfüqləri”
İQTİSADİYYAT
18:17 06.11.2017
1571

İtaliyanın "L’Opinione” qəzetində "Il Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marçilianonun müəllifi olduğu "Bakı-Tbilisi-Qars: yeni Avrasiya üfüqləri” başlıqlı məqalə dərc olunub.

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən verilən məlumata görə, məqalədə yenicə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, onun region ölkələri üçün əhəmiyyəti, Böyük İpək Yolunun reallaşması istiqamətində verdiyi töhfələrdən söz açılır.

Yeni dəmir yolunun texniki göstəriciləri barədə danışan müəllif onun iqtisadi faydası ilə yanaşı, strateji və geosiyasi əhəmiyyətə malik olduğunu da bildirir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərinə istinad edərək, bu infrastrukturun neft-qaz və nəqliyyat sahəsində həyata keçirilən digər iri miqyaslı layihələri birləşdirəcəyini, həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini daha da artıracağını və bütün bunların Azərbaycan, Türkiyə və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu sübut etdiyini vurğulayır. Müəllif bu üç ölkə arasındakı münasibətlərin keçmiş SSRİ-nin dağılmasından sonra dünyanın ən zəngin bölgələrindən biri olan Qafqaz regionunda baş qaldıran və regionun inkişafını ləngidən millətçilik, gərginlik və separatçılıq kimi problemlərin həlli üçün açar rolunu oynadığını bildirərək, Bakı-Tbilisi-Qars dəmiryolunun da regionda sülh, sabitlik və firavanlığın bərpa olunması istiqamətində yeni geosiyasi ox olduğunu qeyd edir.

Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi haqqında məlumat verilərək bildirilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində Ermənistan ərazisinə qədər uzanan dəmir yolu dağıdıldıqdan sonra 1993-cü ildə ilk dəfə olaraq ideya kimi irəli sürülmüş Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üçün yalnız 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının Tbilisidə keçirilmiş görüşü zamanı qərar verilib və onun həyata keçirilməsi üçün saziş imzalanıb. Yeni dəmir yolunun maliyyələşdirilməsi isə tam olaraq Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilib, belə ki Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistan ərazisindən keçən köhnə dəmir yolunun bərpasına üstünlük verdikləri üçün layihəni maliyyələşdirməkdən imtina ediblər.

Müəllif Bakı-Tbilisi-Qars dəmir yolunu Azərbaycan, Türkiyə və Gürcüstanın müxtəlif sahələrdə həyata keçirdikləri çoxsaylı təşəbbüs və layihələrlə birgə Qafqazda əməkdaşlıq dəhlizi adlandırır. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə görə yeni dəmir yolundan kənarda qaldığını göstərən müəllif onun sürətlə Avrasiya qovşağına çevrilən regionda özünü təcrid etməsini gücləndirdiyini vurğulayır.

Müəllif Bakı-Tbilisi-Qars dəmir yolunun Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətinə də toxunaraq, bu xəttin Aralıq dənizindən Çin sərhədlərinə qədər uzanan ərazidə yerləşən bütün türk dövlətləri üçün yeni birgə üfüqlər açdığını qeyd edir, yeni dəmir yolunun Avropa və Çin arasında quru əlaqəsi üçün tələb olunan vaxta əhəmiyyətli qənaət etməyə və nəticə olaraq dünyanın hazırda daha çox Sakit və Hind okeanları hövzəsində cəmləşmiş strateji diqqətinin Aralıq dənizi ölkələri, xüsusilə İtaliyaya qismən də olsa yönəlməsi üçün yeni perspektivlər açmağa imkan verəcəyini vurğulayır.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://opinione.it/esteri/2017/11/04/andrea-marcigliano_linea-ferroviaria-baku-tbilisi-kars-erdogan-aliyev/

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
18:58 28.04.2025
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
18:47 28.04.2025
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
18:35 28.04.2025
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
18:33 28.04.2025
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
18:16 28.04.2025
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
16:40 28.04.2025
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
16:24 28.04.2025
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
16:09 28.04.2025
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:07 28.04.2025
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
15:53 28.04.2025
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
15:41 28.04.2025
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
15:34 28.04.2025
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm