Bakı - Tbilisi qatarına qiymətlər belə olacaq - Nəqliyyat eksperti rəqəm açıqladı

Bakı - Tbilisi qatarına qiymətlər belə olacaq - Nəqliyyat eksperti rəqəm açıqladı
SOSİAL
23:55 19.05.2026
3711
"İlkin hesablamalara görə, Bakı–Tbilisi marşrutu üzrə biletin qiymətinin 80-100 manat aralığında olacağı gözlənilir”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O bildirib ki, Bakı-Tbilisi marşrutu üzrə tariflərin müəyyənləşdirilməsi yalnız bir tərəfin qərarı ilə formalaşmır:

"Bakı-Tbilisi marşrutu üzrə tariflərin müəyyənləşdirilməsi yalnız bir tərəfin qərarı ilə formalaşmır. Bu prosesdə həm Azərbaycanın, həm də Gürcüstanın ərazisində tətbiq olunan dəmir yolu infrastrukturu, lokomotiv və xidmət xərcləri, sərhəd-keçid prosedurları, texniki xidmət tələbləri və tranzit hesablamaları birlikdə nəzərə alınır. Xüsusilə Gürcüstan tərəfi üzrə tranzit şərtlərinin və qarşılıqlı hesablaşmaların yekunlaşdırılması tariflərin dəqiq müəyyənləşdirilməsini vaxt baxımından daha mürəkkəb edir. Bu səbəbdən qiymətlərin açıqlanması prosesi bəzən kənardan göründüyündən daha uzun çəkə bilər”.

O qeyd edib ki, Bakı-Tbilisi reysi üzrə bilet qiymətləri valyuta məzənnəsindəki dəyişikliklərdən də asılıdır:

"Bakı-Tbilisi reysi üzrə bilet qiymətləri, bütün beynəlxalq istiqamətlərdə olduğu kimi, hesablaşmaların İsveçrə frankı əsasında aparılması səbəbindən valyuta məzənnəsindəki dəyişikliklərdən də asılıdır.
İlkin hesablamalara görə, biletin qiymətinin 80–100 manat aralığında olacağı gözlənilir. Bunun əsas səbəblərindən biri Gürcüstanda dəmir yolu infrastrukturu və əlaqədar xidmət xərclərinin daha yüksək olmasıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR