Bakı Tekstil Fabrikindən naftalanlılara qayğı - Sakinlərə tibbi maskalar paylanıldı - FOTOLAR

Bakı Tekstil Fabrikindən naftalanlılara qayğı - Sakinlərə tibbi maskalar paylanıldı - FOTOLAR
SOSİAL
12:13 16.07.2020
555
Koronavirus (COVID-19) pandemiyasının yayılmasını nəzərə alaraq infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi və sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, Səkinə Babayevanın rəhbəri olduğu Bakı Tekstil Fabriki də qoşulub.

AZXEBER.COM xəbər verir ki, fabrikin istehsal etdiyi 2000-dən artıq tibbi maska Naftalan şəhər könüllüləri tərəfindən .şəhərin mərkəzi küçələrində, əhalinin sıx toplandığı digər ictimai məkanlarda, evlərdə, eləcə də şəhərin Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində sakinlərə paylanılıb.

Həmçinin könüllülər vətəndaşları bir daha karantin şərtlərinə və gigiyenik qaydalara riayət etməyə, tibbi maska və dezinfeksiyaedici mayelərdən istifadə etməyə, əlləri müntəzəm şəkildə yumağa dəvət edərək bu infeksiyaya birlikdə qalib gəlməyə çağırıb.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR