Bakı və Abşeron yarımadasına qar yağır - FAKTİKİ HAVA

Bakı və Abşeron yarımadasına qar yağır - FAKTİKİ HAVA
SOSİAL
12:54 23.01.2024
129
Yanvarın 23-ü saat 12:00-a olan məlumatına əsasən Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR , Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran və Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır. Bakı və Abşeron yarımadasında da səhər saatlarından başlayaraq sulu qar, qar davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimal-qərb küləyinin sürəti  Naftalan, Bakıda və Abşeron yarımadasında 18 m/s təşkil edib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 0-3 dərəcə isti, Aran rayonlarında  2 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR