"Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik"

"Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik"
Siyasət
13:09 09.06.2022
801
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik”.

AZXEBER.COM xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdən sonra söyləyib. O, bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayırıq:

"Həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayırıq. Bu, regionda vəziyyətin sağlamlaşmasına yol açacaq. Bu kontekstdə "3+3” formatı da dialoqun bərqərar edilməsi və region ölkələri arasında çoxplanlı əməkdaşlıq üçün vacib əlavə kanaldır”.
OXŞAR XƏBƏRLƏR