“UTair-Ukraine aviaşirkəti Xarkov-Bakı marşrutu üzrə birbaşa uçuşları dayandırır.
AZXEBER.COM-a şirkətdən birldiriblər ki, son uçuş 29 mart tarixində həyata keçiriləcək.
Uçuşların hansı səbəbdən bağlanması barədə isə hələlik heç bir məlumat verilmir.
Qeyd edək ki, Xarkov-Bakı üzrə uçuşlar ötən il martın 15-dən etibarən həftədə bir dəfə olmaqla cümə günləri həyata keçirilirdi.
Uçuşlar “UTair-Ukraine” aviaşirkəti tərəfindən “CRJ-200”lə həyata keçirilirdi.