Bakı "yamaq"dan qurtulur: Sovetin tozunda boğulan məhəllə tarix olur - VİDEO

Bakı "yamaq"dan qurtulur: Sovetin tozunda boğulan məhəllə tarix olur - VİDEO
SOSİAL
20:58 07.08.2025
160
Bakının darısqal, iki adamın yanaşı gedə bilməyəcəyi küçələri, əyri-üyrü, divarları quzulamış, evləri bir-birinin az qala "ayağını tapdalayan", görünüşündən nimdaşlıq yağan "Sovetski" məhəlləsi elə adını daşıdığı sovetlər kimi tarixə qovuşur.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu gündən "Sovetski"nin istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binalarının söküntüsünə start verilib.

Avropa ilə Asiyanın qovşağında özünəməxsus koloriti ilə seçilən Bakı üçün bu söküntü zəruridir - çünki həm sakinlərin təhlükəsizliyi təmin olunacaq, həm də günü-gündən gözəlləşən paytaxt yamaq kimi görünən köhnəlikdən canını qurtaracaq.

Söküntü ilə Mərkəzi Park daha da genişləndiriləcək, əyri-üyrü tikililəri yaşıllıqlar əvəz edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu proseslə bağlı açıqlamasında bildirib ki, Təzəpir məscidi ətrafında Bakının Baş Planında ictimai zona olaraq qeyd edilmiş ərazidə yerləşən tarixi məhəllə müasir şəhərsalma standartlarına uyğun olaraq abadlaşdırılaraq yenidən qurulacaq.

Ətraflı videomaterialı təqdim edirik:

OXŞAR XƏBƏRLƏR