Bakıda 1 həftə internet olmayacaq? - RƏSMİ AÇIQLAMA

Bakıda 1 həftə internet olmayacaq? - RƏSMİ AÇIQLAMA
SOSİAL
11:50 14.02.2022
3750
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Bakı Telefon Rabitəsi MMC ("Baktelecom”) fevralın 14-dən 21-nə qədər paytaxtda internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

Qurumdan AZXEBER.COM-a verilən məlumata görə, bir sıra saytlarda və sosial şəbəkələrdə CDMA (Code Division Multiple Access) şəbəkəsindəki profilaktik tədbirlərlə əlaqədar internet xidmətində 1 həftə fasilələrin yaranacağı başlıqlı xəbər yer alıb.

"Nəzərinizə çatdırırıq ki, CDMA – simsiz telefon xidmətidir və bu şəbəkə üzərindən abunəçilərə internet xidməti ötürülmür. 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri zamanı fasilələr yalnız 511 və 555 prefiksli simsiz telefon xidmətində yaranacaq”, – məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR