Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində 1 nəfər süni göldə batıb.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, meyitin çıxarılmasına köməklik göstərilməsi üçün nazirliyin "112” qaynar telefon xəttinə müraciət daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.