Bakıda 1 ton kələm oğurlandı

Bakıda 1 ton kələm oğurlandı
SOSİAL
17:47 10.04.2019
5289
Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən kələm məhsulu oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən 1 ton kələm oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri S.Nemətov, E.Zəkizadə və R.Mirzəyev saxlanılıblar.
OXŞAR XƏBƏRLƏR