Bakıda 100 minlik maşınla 1 manata sərnişin daşıyanlar var — FOTOLAR

Bakıda 100 minlik maşınla 1 manata sərnişin daşıyanlar var —  FOTOLAR
SOSİAL
12:33 10.05.2016
2437

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Səbail Rayon Dövlət Yol Polisi Şöbəsi bir qrup jurnalistin iştirakı ilə dayanma-durma və parklanma qaydalarının pozulmasına qarşı reyd keçirib. Reyd Səbail rayonu, Neftçi Qurban, 20-ci sahə, Bayıl dairəsi və digər ərazilərdə baş tutub.

Vətəndaşların müraciətləri nəzərə alınaraq reyd 20-ci Sahə dairəsindən başlanılıb. Burada taksilər və şəxsi avtomobillər avtobus dayanacaqlarını zəbt etdiyi üçün avtobuslar yolun hərəkət hissəsində dayanmalı olur. Buna görə də, sərnişinlərin həyatına təhlükə yaranır və yolda daim sıxlıq müşahidə olunur. Yol polisi əməkdaşları əraziyə gələn kimi dayanacağı zəbt edən taksi sürücüləri dərhal oradan uzaqlaşdılar. Onlardan bir neçəsinə protokol yazıldı. Sonra məlum oldu ki, "Ford" markalı avtomobili avtobus dayanacağında saxlayan vətəndaş burada süd və süd məhsullarının satışı ilə məşğul olur. Bunun nəticəsində ətrafa pis qoxu yayılıb. Yol polisi əməkdaşları həmin avtomobili evakuasiya edərək cərimə meydançasına apardılar. Cəmi yarım saat sonra dayanacaqda vəziyyət normallaşdı və avtobuslar dayanacağa rahat daxil ola bildilər.

Lakin az sonra taksi sürücüləri yol polislərinə yaxınlaşıb etirazlarını bildirdilər. Onların sözlərinə görə, burada bir cərgədə dayanıb müştəri gözləyirlər və heç kimə mane olmurlar: "Amma şəxsi maşınlarla gəlib dayanacaqda dayananlar da olur ki, biz də onlara görə əziyyət çəkirik. Bəzən olur ki, 100 minlik maşınla burada ikinci cərgədə dayanıb Sahil və Lökbatan qəsəbələrinə adambaşına 1 manatdan müştəri yığanlar olur. Belələrinə görə bizə söz gəlir. Dəfələrlə başqalarına irad tuturuq, amma dava düşür. Hətta yola görə əlbəyaxa davaya da çıxanlar olub".

Bakı Şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov burada sürücülər və sərnişinlərlə söhbət apardı, onları yol polisinə dəstək olmağa, bu cür qayda pozub dayanacaqları zəbt edənlərə qarşı birgə mübarizə aparmağa çağırdı. Dayanacaqda avtobuslara nəzarət edənlər də etiraf etdilər ki, taksilər onların işinə əngəl törədir, buna görə dəburada yolda tıxac və qəzalar baş verir.

Burada səliqə-səhman yaradılandan sonra yol polisi Bayıl dairəsində reyd keçirdi. Lakin burada əvvəlcədən kimsə xəbər verdiyi üçün taksi sürücüləri orada yox idilər. Yalnız iki avtomobilə protokol yazan yol polisləri daha sonra yolun əks tərəfində park edilmiş nömrəsiz "Mercedes"i cərimə meydançasına apardılar.

Bayıldakı 5 nömrəli doğum evinin qarşısında dayanma-durma qadağan edilsə də, bu ərazidə yolun sol tərəfindən park edilən onlarla avtomobilin sürücüsünə də cərimə yazıldı. Onların arasında xanım sürücü də var idi ki, o öz avtomobili ilə yolayrıcını bağlamışdı və hərəkətə mane olurdu. Lakin söhbət zamanı məlum oldu ki, şirkət əməkdaşı olan xanım sürücünün bu cür qayda pozuntularından məlumatı yoxdur.

Doğum evinin qarşısındakı reyd zamanı məlum oldu ki, burada yol polisinin jiletinə oxşar geyimlərdən istifadə edən iki nəfər qanunsuz park yeri yaradıb. Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Cəmşid Şənifəyev həmin şəxslərlə söhbət edərkən məlum oldu ki, bələdiyyə onlardan birinə parkinq fəaliyyəti ilə bağlı sənəd verib. Lakin bu sənəddə yalnız yolun sağında 10 avtomobilin park edilməsinə icazə verildiyi əksini tapsa da, bu şəxslər yolun solunda da maşın saxladıb 1 manatdan yerpulu yığırlar.Reydin sonunda DYPŞ rəisi Cəmşid Hənifəyev avtosfer.az-a bildirdi ki, ümumilikdə 100-dən çox sürücüyə inzibati protokol yazılıb. Onlardan 42 nəfəri avtobus dayanacaqlarında taksi fəaliyyəti göstərənlərdir. Bundan əlavə, 12 avtomobil evakuasiya edilərək cərimə meydançasına aparılıb. C.Hənifəyev bildirdi ki, bu cür tədbirlər davamlı olacaq.

aftosfer.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək