Bakıda 1,2 milyon manat qazanan şəbəkə tutuldu - FOTOLAR

Bakıda 1,2 milyon manat qazanan şəbəkə tutuldu - FOTOLAR
SOSİAL
14:50 18.03.2019
10531
"BeardyCoin” adlı əslində mövcud olmayan kriptovalyuta yaradaraq "şəbəkə biznesi” adı altında insanların pulunu ələ keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa ediliblər.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşlarının birgə iştirakı ilə keçirilən əməliyyat-tədbiri nəticəsində bir qrup şəxsin investisiya şirkəti adı altında "şəbəkə biznesi” yaradaraq çoxsaylı vətəndaşları aldatmaları müəyyən edilib.

Araşdırma zamanı müəyyən olunub ki, Bakı şəhər sakini Kənan Mustafazadə, Qırğızıstan Respublikasında anadan olan Rəfail Taştəmirov, Lənkəran rayon sakini Xəyal Yaxyayev, Gəncə şəhər sakini Müslüm İsmayılov, Qəbələ rayon sakini Araz Qasımov və qeyriləri 2018-ci ilin iyun ayında internet şəbəkəsində xüsusi lokal proqram yaradaraq, dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən "İnvestsland” investisiya şirkəti adı altında özləri tərəfindən uydurulmuş "şəbəkə biznesi” yaradıblar. Onlar əslində mövcud olmayan "BeardyCoin” adlı kriptovalyutanın guya beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini, mərkəzi ofislərinin Amerika Birləşmiş Ştatlarında yerləşdiyini və özlərini həmin şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndələri kimi təqdim edərək "investisiya paketi” adı ilə şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçirblər.

Bu qayda ilə adıçəkilən şəxslər qurduqları "şəbəkə biznesi”nə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş "BeardyCoin” adlı kriptovalyutanı 700.000 ABŞ dollarına satıblar. Araşdırma zamanı dəstə üzvlərinin "investisiya paketi” adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 4000 yaxın vətəndaşı aldatdıqları müəyyən edilib. 

Həmin şəxslərin paytaxtın Nəsimi rayonunda icarəyə götürdükləri ofisə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarənin İstitaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, mütəşəkkil dəstənin 5 üzvü barədə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan!
10:24 13.07.2026
Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan!
TikTok 2026-cı ilin ilk rübündə Azərbaycanda 600 min videonu sildi
10:19 13.07.2026
TikTok 2026-cı ilin ilk rübündə Azərbaycanda 600 min videonu sildi
Pensiyalar nə vaxt veriləcək?
10:14 13.07.2026
Pensiyalar nə vaxt veriləcək?
"Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub"
10:09 13.07.2026
"Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub"
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
10:07 13.07.2026
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - İlham Əliyev
10:06 13.07.2026
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - İlham Əliyev
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
10:04 13.07.2026
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
10:03 13.07.2026
İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
10:01 13.07.2026
AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
09:59 13.07.2026
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
09:50 13.07.2026
"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır - İlham Əliyev
09:48 13.07.2026
Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır - İlham Əliyev
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
09:46 13.07.2026
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
09:41 13.07.2026
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
09:40 13.07.2026
İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb
09:32 13.07.2026
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb