Bakı şəhərinin Binəqədi rayonu ərazisində yeniyetmə oğlana qarşı seksual xarakterli zorakılıq edilməsi barədə polisə məlumat daxil olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1999-cu il təvəllüdlü oğlan Q.İ-nin həmcinsi tərəfindən qeyri-təbii yolla cinsi münasibətə məcbur edilməsi ilə bağlı martın 28-də məlumat daxil olub.Araşdırmalar nəticəsində məlum olub ki, 14 yaşlı oğlanı 1996-cı ildə Ukraynada anadan olmuş, Azərbaycan vətəndaşı olan X.A zorlayıb. X.A özündən yaşca kiçik həmcinsinə qarşı bu əməli Biləcəri qəsəbəsindəki Dəmiryolçular parkında həyata keçirib. 17 yaşlı X.A polis tərəfindən saxlanılıb.