Bakıda yeniyetmə qız itkin düşüb.
AZXEBER.COM-un lent.az-a istinadla məlumatına görə, Sabunçu rayonu Zabrat qəsəbəsi, R. Göyüşov küçəsində yaşayan 14 yaşlı Əliyeva Aydan Elçin qızı mayın 24-ü saat 14 radələrində yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası Y. Mirvelişyeva Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.
A. Əliyevanın tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.