Bakıda 14 yaşlı qız özünü asdı

SOSİAL
10:32 09.06.2016
2669
Bakıda intihar hadisəsi baş verib.
Pirallahı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Gürgən qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədli yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Məlumata görə, S. Əhmədli orta məktəb şagirdidir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR