20:55 şənbə, 17 Avqust 2019
SOSİAL

Bakıda 14 yaşlı qızı otelə aparıb intim münasibətdə olan şəxsin məhkəməsi başlayır

13:21, 12.06.20193047
Bakıda 14 yaşlı qızı otelə aparıb intim münasibətdə olan şəxsin məhkəməsi başlayır
On altı yaşına çatmayan qızla intim münasibətdə olmaqda təqsirləndirilən Nəriman Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclası iyunun 24-də keçiriləcək.

Qeyd edək ki, hadisə Bakıda yerləşən "Ambassador" oteldə baş verib. Həmin oteldə çalışan 26 yaşlı N.Əhmədov 14 yaşlı Q.L. ilə intim münasibətdə olmaqda təqsirləndirilir.

Qızın atasının hüquq-mühafizə orqanlarına müraciətinə əsasən, cinayət işi başlanılıb. N.Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham verilib. 
XƏBƏR LENTİ