Bakıda 15 yaşlı oğlan atasından icazəsiz 12 min pul xərclədi

Bakıda 15 yaşlı oğlan atasından icazəsiz 12 min pul xərclədi
SOSİAL
14:03 02.02.2017
8473
Evindən pul oğurlanması ilə bağlı polisə müraciət edən Abşeron rayon sakinin pulunun 15 yaşlı oğlu tərəfindən götürülərək xərclənməsi müəyyən edilib.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunun Hökməli qəsəbə sakini Xəyyam Rüstəmov Abşeron Rayon Polis İdarəsinə müraciət edərək yanvarın 26-dan 31-dək olan müddətdə evindən 12.000 manat pulun oğurlandığını bildirib.
Araşdırmalar zamanı qeyd edilən pulun onun 15 yaşlı oğlu tərəfindən götürülərək xərclənməsi müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR