Bakıda 15 yaşlı qız kafedən itkin düşdü

Bakıda 15 yaşlı qız kafedən itkin düşdü
SOSİAL
11:19 13.10.2019
10603
Bakıda azyaşlı qız itkin düşüb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Sabunçu rayonu, Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən "Anar" kafesinə - anası Məmmədrzayeva Fəridə Zahid qızının yanına gəlib.

15 yaşlı qız həmin gün günorta saatlarında kafedən çıxaraq itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR