Bakıda 16 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

Bakıda 16 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir
SOSİAL
17:14 23.02.2018
1350
Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, 24.02.2018 tarixindən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.
 
Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.

OXŞAR XƏBƏRLƏR