Bakıda 16 yaşlı gənc əmisinin yasında adam öldürdü - Namus cinayətinin TƏFƏRRÜATI

Bakıda 16 yaşlı gənc əmisinin yasında adam öldürdü - Namus cinayətinin TƏFƏRRÜATI
SOSİAL
11:47 11.11.2021
7778

Bakıda qətl törədən 16 yaşlı gənc hakim qarşısına çıxarılıb. Onun qətlə yetirdiyi şəxs gəncin mərhum əmisinin arvadı ilə sevgi münasibətində olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdə adam öldürməkdə ittiham olunan 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən B.Mehrəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qətlin baş verməsinə səbəb Bəhruzun mərhum əmisi Bəhram Mehrəliyevin xanımının Elnar Qədimovla münasibətdə olması olub.

Bəhruz əmisinin vəfatından sonra Elnarın əmisi arvadı ilə münasibətindən şübhələnib. Bir müddət sonra bu şübhələri doğru çıxıb. Hələ əmisinin ili çıxmamış bundan xəbər tutan Bəhruz Elnara xəbərdarlıq edib. Amma cavabında Elnar ona "sən uşaqsan” deyə cavab verib.

Bəhruzun mərhum əmisinin arvadı ilk dəfə Elnarı onlara taksi sürücüsü kimi təqdim edib. Sonra isə onlar arasında münasibətin olduğu məlum olub.

Qətl hadisəsi isə Bəhruzun əmisinin il mərasimində olub. Elnarın həmin mərasimə gəlməsi Bəhruzu daha da əsəbləşdirib.

Bəhruz ifadəsində deyib ki, Elnarın yeni rəhmətə gedən əmisinin arvadı ilə münasibətdə olmasını biləndə çox əsəbləşib və ona xəbərdarlıq edib: "Mən ona xəbərdarlıq eləmişdim. Amma o utanmadan yas mərasiminə də gəlmişdi. Bu, məni daha da əsəbləşdirdi”.

Yas mərasimində Elnarın əmisi arvadına göz-qaş etdiyini görən Bəhruz evə gedərək bıçaq götürüb. Bir müddət gözləyib və Elnarın kənara çəkilməsini müşahidə edib. Elnar oturan yerdə ona arxadan yaxınlaşaraq boğaz nahiyəsindən bir zərbə endirib. Bəhruz bıçağı vurmamışdan əvvəl "mən sənə xəbədarlığımı etmişdim” deyib.

Elnar aldığı xəsarətdən hadisə yerində ölüb.

Musavat.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR