Bakıda 16 yaşlı məktəbli qız qaçırıldı

Bakıda 16 yaşlı məktəbli qız qaçırıldı
SOSİAL
10:46 28.03.2018
2060
Bakının Qaradağ rayonunda növbəti insan oğurluğu faktı qeydə alınıb.
 
AZXEBER.COM "Sputnik”ə istinadən xəbər verir ki, bu barədə rayonu hüquq-mühafizə orqanlarından bildiriblər.

Martın 26-da Müşfiqabad qəsəbəsində 16 yaşlı İlhamə Ə. qaçırılıb. Onu Nicat adlı gəncin qaçırdığı bildirilir. Fakt üzrə hələlik heç kim saxlanılmayıb.

Polis gənclərin yerini müəyyənləşdirməyə çalışır. Ehtimal olunduğuna görə, 18 yaşına çatmamasına baxmayaraq, qızın özü bu evliliyə razılıq verib.
OXŞAR XƏBƏRLƏR