Bakıda 16 yaşlı oğlan, 17 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı oğlan, 17 yaşlı qız itkin düşüb
SOSİAL
09:38 23.02.2023
130
Bakıda iki yeniyetmə itkin düşüb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, Səbail rayon sakini, 2007-ci il təvəllüdlü Əsgərov Elvin Sahib oğlu fevralın 20-də yaşadığı evdən çıxıb geri qayıtmayıb.

Bundan başqa, Suraxanı rayon ərazisində yaşayan, 2006-cı il təvəllüdlü Fərəcova Sevda Rövşən qızı isə fevralın 21-də yaşadığı evdən çıxıb və geri qayıtmayaraq itkin düşüb.

Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR