Bakıda 16 yaşlı qız qaçırıldı

SOSİAL
13:09 17.06.2016
2212
Bakının Sabunçu rayonunda 16 yaşlı qız qaçırılıb.
 Hadisə Maştağa qəsəbəsində baş verib.
Həmin qəsəbədə yaşayan 2000-ci il təvəllüdlü A. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. 16 yaşlı qızın atası Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edib.
O, bildirib ki, tanımadığı şəxs 16 yaşlı qızını evlənmək məqsədilə qaçırıb. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O qeyd edib ki, qızı yetkinlik yaşına çatmayıb və məktəblidir. Qızın atası şikayətini belə əsaslandırıb ki, qızını həmin şəxs zorla qaçırıb.
Hazırda polis əməkdaşları tərəfindən tədbirlər görülür
///teleqraf.com
OXŞAR XƏBƏRLƏR