Bakıda 17 yaşlı oğlan itkin düşdü

Bakıda 17 yaşlı oğlan itkin düşdü
14:56 13.02.2013
935
Bakının Xətai rayonunda oğul anasını gözüyaşlı qoyub. Rayon Polis İdarəsindən verilən məlumata görə, Cavanşir küçəsində yerləşən mənzillərdən birində yaşayan 17 yaşlı Zahir Nəbiyev 10 gündür yoxa çıxıb. O vaxtdan Z.Nəbiyevin axtarışları davam etdirilir.Z.Nəbiyevin anası bildirdi ki, Z.Nəbiyevi evdən didərgin salan internet klublardır. Onun sözlərinə görə, əqli qüsurları olan oğlu internet kluba getmək üçün evi tərk edib: “Bir neçə dəfə belə olub. Hər dəfə gedib Bakının müxtəlif yerlərindəki internet klublarından tapmışam. Axırıncı dəfə yanvarda Əhmədlidəki klubdan tapdım. Gözlərinə qan sızmışdı, ayaqları şişmişdi”.
OXŞAR XƏBƏRLƏR