Bakıda 17 yaşlı qız 17 gündür yoxa çıxıb - Foto

Bakıda 17 yaşlı qız 17 gündür yoxa çıxıb - Foto
SOSİAL
11:25 15.09.2022
329
Paytaxtın Nəsimi rayonunda yaşayan Əliyeva Arzu Tərlan qızı polisə müraciət edərək qızı, 2005-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızının avqustun 29-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

AZXEBER.COM DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, o, həmin gündən bəri qızı barədə məlumat ala bilmədiyini qeyd edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Dinara Hacıyeva barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə (012) 441-23-80 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
 

 


OXŞAR XƏBƏRLƏR