Bakıda 17 yaşlı qız yataqda huşsuz tapıldı

Bakıda 17 yaşlı qız yataqda huşsuz tapıldı
KRİMİNAL
12:37 14.10.2013
3956

Onun özünü öldürmək üçün dərman içdiyi bildirilir

Ötən gecə saat 23:00 radələrində Bakının Sabunçu rayonu ərazisində 17 yaşlı qız özünü öldürmək istəyib. Rayon Polis İdarəsinin 15-ci polis bölməsindən AZXEBER.COM-a verilən məlumata görə, 1996-cı il təvəllüdlü P.X. 3 qutu həb qəbul edib. Qızın valideynləri onu huşsuz halda yataqda tapıblar.  Hadisə yerinə təcili yardım çağrılıb. Ona ilkin tibbi yardım göstərilib. Aradırmalar zamanı onun özünü öldürmək istədiyi məlum olub. Qızın nə səbəbdən özünü öldürmək istədiyi araşdırılır.

OXŞAR XƏBƏRLƏR