Bakıda 18 və 19 yaşlı iki qız yoxa çıxıb - Axtarış başlayıb

Bakıda 18 və 19 yaşlı iki qız yoxa çıxıb - Axtarış başlayıb
SOSİAL
16:07 17.11.2016
2800

 

Bakıda iki qız itkin düşüb.

 

Binəqədi rayon Rəsulzadə qəsəbəsində yaşayan 19 yaşlı Ayşən Yunusova (ad və soyadlar şərtidir) noyabrın 7-də saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Bundan başqa Biləcəri qəsəbəsindəki hərbi şəhərcikdə yaşayan 18 yaşlı Səbinə Səmədova noyabrın 14-də itkin düşüb.

 

Bildirilir ki, hər iki qızın itkin düşməsi ilə bağlı polisə anaları müraciət edib. Onlar qızların fotolarını və xarakterik əlamətlərini polisə təqdim ediblər.

 

///Lent.az-

 

OXŞAR XƏBƏRLƏR