Bakıda 18 yaşlı qızın mədəsindən çıxanlar görənləri şoka saldı - FOTO

SOSİAL
12:51 02.05.2016
7083

Qarın ağrısı ilə xəstəxanaya gələn qızın mədəsindən çıxanlar həkimləri təəccübləndirib.Anspress-in məlumatına görə, 18 yaşlı qızın mədəsindən uzunluğu 10, eni isə 8 santimetr olan tük topası çıxıb.

Mərkəzi Dənizçilər xəstəxanasında əməliyyat olunan Aytac adlı qızın həkimi Mamed Ramazanovun anspress-ə verdiyi məlumata görə, bu, mində bir təsadüf edilə biləcək bir hadisədir. Həkimin sözlərinə görə, belə faktlar iki cür olur, fitobezoar (bitki mənşəli, ən çox İran xurmasından əmələ gəlir) və trixobezoar (saçdan əmələ gəlir).

"Aytac bizim xəstəxanaya ağrı ilə gəlmişdi. Rentgen nəticəsində gördük ki, mədəsində qeyri-adi kütlə var. Əməliyyat zamanı məlum oldu ki, bu, tük yığınıdır. Təxminən bir il olar ki, bu tük onun mədəsində yığılıb qalıb. Həttatükün bir ucu bağırsağına çatırdı", - deyə həkim bildirib.

M.Ramazanov onu da qeyd edib ki, bu nadir hadisəyə o, iş təcrübəsində daha öncə də rast gəlib. "Bu proses özünü qaytarma, kəskin ağrı ilə büruzə verir".

Həkim hazırda xəstənin vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR